Müştəri: Turan Leasing

TuranLizinq ASC 2006-cı ildə  Azərbaycanda mövcud olan hüquqi və sahibkar fiziki şəxslər tərəfindən təsis edilmiş, Azərbaycan Respublikasında qeydiyyatdan keçərək yaradılmışdır. Şirkətin əsas məqsədi sahibkarlığın maliyyələşdirilməsi, kiçik və orta biznesin inkişafı üçün lizinq xidmətlərinin göstərilməsidir. Bazarda 10 ildən artıq fəaliyyət göstərən şirkətimiz çox sayda müştərilərin etimadını qazanmış, yüzlərlə sahibkarın biznesinə dəstək göstərməklə sahibkarların faydalanmasına, biznesini inkişaf etdirməsinə təkan vermişdir.

“TuranLizinq” əsasən kənd təsərrüfatı istiqamətli avadanlıq və heyvanların - o cümlədən traktorlar, kombaynlar, əkin texnikası, soyuducu anbarlar, kənd təsərrüfatı məhsullarının emalı avadanlıqları və digər kənd təsərrüfatı təyinatlı avadanlıqların, iri və xırda buynuzlu damazlıq heyvanların lizinq şərtləri ilə əldə edilməsini təklif edir. Xüsusilə qeyd etmək istərdik ki, təklif olunan avadanlıq və heyvanların əksər hissəsi dövlət tərfəindən subsidiyalaşdırılır, başqa sözlə desək, avadanlığın dəyərinin böyük bir hissəsi dövlət tərəfindən ödənilir, yerdə qalan hissə isə müxtəlif dövlərə bölünərək lizinq ödənişləri şəklində müştəri tərəfindən icra edilir.

Onu da qeyd edək ki “TuranLizinq” şirkəti “Dövlət Aqrar Kredit və İnkişaf Agentliyi”nin Müvəkkil Kredit Təşkilatı seçilmişdir, bu isə öz şirkətin öz müştərilərinə daha sərfəli şərtlərlə güzəştli kənd təsərrüfatı təyinatlı lizinq əldə etməsinə imkan verir.

Şirkət müxtəlif satıcılarla əməkdaşlıq edir, əməkdaşlıq etdiyimiz satıclardan müxtəlif ölkələrdə istehsal olunmuş avadanlıqların həm alışını həm də texniki dəstəyini əldə etməyiniz mümkündür.TuranLizinq şirkətinin əsas məqsədi bazarda üstün və keyfiyyətlə xidmətlər təklif etməklə həm lizinq alanlar, həm də avadanlıq satılırın məmnunluğunu təmin etmək, hər iki tərəfin biznesinin inkişafına töfhə verməkdir.


Images from the site