Müştəri: Mr.Network

Azərbaycanda IT şirkəti olan "Mr.Network" sizə bütün növ IT xidmətlərini təklif edir. IP telefoniya, şəbəkənin yığılması və serverlərin qurulması. Kabellərin çəkilməsi, təhlükəsizlik sistemi. Kameralarin qurasdirilmasi və veb saytların hazırlanması.

“Mr.Network” MMC uzun illərdir bir çox təcrübəli mütəxəssisi ilə həm üçüncü tərəflərin, həm də öz praktikasında səmərəliliyi sübüt edilmiş həllərdən istifadə edərək proqramların inkişafı və İT infrastrukturunun yaradılması baxımından iş yerlərinin istismarından tutmuş qlobal layihələrə qədər bir çox sayda peşəkar İT xidməti təklif edir. “Mr.Network” qurulduğu andan bu günə kimi, bir çox vacib proyektlərə imzasını atmış və başladığı hər layihəni layiqincə tamamlamışdır. Texnologiyanın hər keçən gün həyatımızda təsirinin daha çox artdığı bu dövrümüzdə, “Mr.Network” fərdi həllərin inkişafındakı yığılmış təcrübəsi ilə inamla kompleks iş aparmağı və qeyri-standart tapşırıqları həll etməyi özünə məqsəd bilir.

Layihəmiz Sizə İT infrastrukturu baxımından kənara çıxan geniş bir sıra xidmətlər və həllər, həmçinin hər bir müştəri üçün çevik qiymət siyasəti və fərdi şərtlər təklif etməkdədir. Bu sahədə əsas məqsədimiz Azərbaycanda mövcud olan kompleks İT xidmətində olan boşluqların doldurulması və müştərilərimizin layiqi olduğu dizaynda və keyfiyyətdə web səhifələrin, ən ağır iş rejiminə tab gətirən lokal şəbəkə və telefoniya xidmətlərinin, həmçinin peşəkar SEO analizlərinin aparılmasını təmin etməkdir.


Images from the site